Şeyxin polkovnik qohumu işdən çıxarıldı

18:00 - 13 Oktyabr 2023 - Xəbər

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi Elçin Əligülov vəzifəsindən azad edilib.

Ucnoqta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, polkovnik öz istəyi ilə işdən çıxıb.

Onun yerinə müvəqqəti olaraq Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev təyin edilib.

Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.

Xəbər xətti