“Bu, 5-10 il sonra işləyənlərin sayının kəskin azalması deməkdir”

14:52 - 13 Oktyabr 2023 - Xəbər

“Ünvanlı sosial yardımın əhatə dairəsi çox ciddi şəkildə artırılaraq 300 minə yaxınlaşıb”.

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

“Aylıq ödəniş isə bayaq qeyd etdiyim kimi, 500 manatın bir az altındadır. Yəni yaşayış minimumu ölkədə 246 manatdır, onun ikiqatı məbləğində ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi yaradılıb. Ünvanlı sosial yardımı artırmaq olar? Bəli, artırmaq olar. Əlbəttə, onun ölçüsü yoxdur. Əhalinin 100 faizinə də vermək olar. Bəs bu nə ilə nəticələnəcək? Əhalini hara aparacaq?

Passiv sosial ödənişin artması nəticəsində ölkədə aktiv məşğulluq azalır. Bu, dünyanın bütün ölkələrində aparılan analizlərin nəticəsidir. Bu isə 5-10 il sonra ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Məhz buna görə, Azərbaycanın konservativ yanaşması davam etməlidir”, - deyə nazir vurğulayıb.///qafqazinfo

Xəbər xətti