"Mingəçevir" su anbarında batan şəxsin kimliyi bilinib, axtarış aparılır - YENİLƏNİB

13:17 - 13 Oktyabr 2023 - Cəmiyyət

"Mingəçevir" su anbarında batan şəxsin kimliyi məlum olub.

"Report"un məlumatına görə, həmin şəxsin Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Valeh oğlu olduğu məlum olub.

Qeyd edək ki, həmin şəxs balıqçı olub və yaxınları onun dünəndən itkin düşdüyünü bildirib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

12:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti