Ali Məhkəmədə Daşkəsəndə gəlinini qətlə yetirməkdə təqsirləndirilən Məhəmmədəli Mustafayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə Daşkəsən rayonunun Bayan kəndi ərazisində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayev gəlini, 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri qətlə yetirib. Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.