Ölkəmizdə ən çox seçilən içkilərdən biri olan çay səhv istehlak edildikdə bir çox sağlamlıq problemlərinə səbəb olur.
Ucnoqta.az türk mətbuatına istinadən xəbər verir ki, çaydan şüursuz istifadə böyrək xəstəliklərindən tutmuş yuxu problemlərinə qədər bir çox mənfi nəticələr törədir.
Çox çay içmək; Dəmir çatışmazlığı, qan azlığı və ürək döyüntüsü kimi mənfi nəticələrə səbəb olur. Çay həddindən artıq istehlak edildikdə həzm sisteminə mənfi təsir edir və ishala səbəb olur.
Sinir sistemini də zədələyən çay insanın aqressiv davranış sərgiləməsinə səbəb olur. Çayın tərkibində olan "tanen" adlı maddə bədənə çox qəbul edildikdə qəbizlik problemi yaradır.
Kofe kimi çayda da kofein var və kofein həddindən artıq istehlak edildikdə mədədə qastrit və xoralar əmələ gəlir. Mədə xərçəngi olanlara çay içmək məsləhət görülmür.
Kofein təkcə mədə problemlərinə deyil, həm də yuxusuzluğa səbəb olur. Çay istehlakı qadınlarda premenstrüel sindroma səbəb olur. "Premenstrüel sindrom" menstruasiya əvvəli gərginlik deməkdir.
Böyrəklərin böyük düşməni olan çay, tərkibindəki oksalatlara görə böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Çay istehlakında edilən ən böyük səhvlərdən biri çay içərkən su istehlakına etinasız yanaşmaqdır. Çaydan istifadə edən insanlar tez-tez su içməyə ehtiyac duymur, bu da ödem və şişkinliyə səbəb olur.
Şəkər xəstələrinə həddindən artıq çay içmək tövsiyə edilmir. Çox istehlak edildikdə, çay qaraciyər və mədəaltı vəzinin səmərəli işləməsinə mane olan insulin müqavimətini artırır.