Prezident İspaniya kralını təbrik etdi 

11:43 - 12 Oktyabr 2023 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu göndərib. 

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət, 

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". 

Xəbər xətti