İngiltərədə anussuz uşaq dünyaya gəlib

03:44 - 12 Oktyabr 2023 - MARAQLI

İngiltərədə qadın anussuz uşaq dünyaya gətirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qərbi Susseksdən olan 36 yaşlı Viki Tompson 12 avqust 2022-ci ildə Çarli adlı oğlan uşağı dünyaya gətirib. Qadının hamiləlik dövründə heç bir fəsadı olmayıb, ona görə də körpənin sağlam olduğuna əmin olub. Ancaq yeni doğulmuş uşağı müayinə edən həkimlər onun anus və düz bağırsağın atreziyası - düz bağırsağın təbii kanalının olmadığı anadangəlmə anomaliya olduğunu bildiriblər. Bu xəbər ananı dəhşətə gətirib.

Çarli mürəkkəb əməliyyat keçirdi və bu əməliyyat zamanı ona müvəqqəti stoma verildi. Əməliyyatdan sonra körpə üç gün reanimasiya şöbəsində yatdı, iki gün komada idi. O, əməliyyatdan bir həftə sonra xəstəxanadan buraxılıb.

Xəbər xətti