Ronaldo cəzalandırıla bilər - 100 şallaq ... - FOTO

20:17 - 11 Oktyabr 2023 - Xəbər

Əlil iranlı sənətçini qucaqlayan hücumçunun videosu yayıldıqdan sonra portuqaliyalı futbolçu Kriştiano Ronaldo İran qanunlarını pozduğuna görə cəza olaraq 100 şallaq zərbəsi ilə cəzalandırıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın “Rouydad24” portalı məlumat yayıb.

İranın cinayət məcəlləsinə görə, Ronaldonun bu hərəkəti subay şəxsin zina etməsi kimi şərh edilə bilər. Ronaldo yenidən İrana səfər etsə, 100 şallaq zərbəsi ilə üzləşə bilər. Hadisə ilə bağlı təhqiqatın başlanması barədə məlumat yoxdur.

Xəbər xətti