Bakıda itkin düşən ana və övladları ilə bağlı RƏSMİ AÇIQLAMA

18:45 - 11 Oktyabr 2023 - Cəmiyyət

 

Bakıda itkin düşən ana və dörd uşağı barədə rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini olan 32 yaşlı qadının oktyabrın 4-ü günorta saatlarında övladları ilə birgə itkin düşməsi ilə bağlı polis orqanına müraciət daxil olub.

“Bununla bağlı araşdırma aparılıb. Kriminal tərkib yoxdur. Onların harada olduqları məlumdur”, - deyə məlumatda qeyd olunub.

Xəbər xətti