Bağça müəllimi olmaq istəyənlərin nəzərinə: Oktyabrın 12-də ...

16:42 - 11 Oktyabr 2023 - Cəmiyyət

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq. 

Bu barədə Ucnoqta.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. 

Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər. 

Xəbər xətti