Rusiya gəmiləri Bakı limanında - FOTO

12:30 - 10 Oktyabr 2023 - Xəbər

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

Müdafiə Nazirliyindən (MN) Ucnoqta.az-a verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.


Xəbər xətti