Azərbaycanda ən çox satılan lüks avtomobillər - Siyahı

11:00 - 10 Oktyabr 2023 - Cəmiyyət

2023-ci ilin yanvar-iyun aylarında Azərbaycanda lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.

Ucnoqta.az Valyuta.az-a istinadən xəbər verir ki, 6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 1520 ədəd təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2022-ci ilk yarısında bu rəqəm 767 ədəd təşkil edib. 

2023-cü ilin ilk yarısında Yaponiya markası “Lexus” Azərbaycanda yeni modellərin satış həcminə görə lider olub - 424 ədəd.

Siyahıda ikinci olan BMW-nin satışları 2,8 dəfə artaraq 381 ədədə yüksəlib. “Mercedes” isə bu ilin altı ayında 322 ədəd satışla bazar üzrə üçüncü (21.2% bazar payı) olub. Markanın satışları ötən ilin eyni dövrünə nisbətən 68% artıb.

Bu dövrdə “Land Rover”in satışları 2,3 dəfə artaraq 211-ə, “Audi”nin satışları 16,3% artaraq 114-ə, “Porsche”nin satışları isə 13,3% artaraq 68 ədədə çatıb.

Xəbər xətti