Azərbaycanın İsraildəki səfirliyi müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, onların hazırda sığınacaqdakı vəziyyəti diqqətdə saxlanılır.
Xatırladaq ki, dünən İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi bu gün səhər saatlarında HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilib.
Müğənni Samirə Əfəndi də sığınacaqda olması ilə bağlı paylaşım edib.