Bu gün Milli Məclisdə “Ovçuluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılır.
Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.