Övladlarınızın ixtisas seçiminə MÜDAXİLƏ ETMƏYİN - VİDEO

10:33 - 8 Avqust 2023 - Cəmiyyət

Tələbə adını qazanmaq istəyən abituryentlər müəyyən hallarda valideynlərinin təkidi ilə qarşılaşırlar.

Ucnoqta.az Xezerxeber.az istinadən xəbər verir ki, abituryentlərin seçimi arxa planda qalır. Valideynlər məhz öz istəklərini əsas tutaraq övladlarına təzyiq göstərirlər. Bu isə abituriyentlərin travma almasına, gələcəkdə müstəqil qərar verə biləcək mütəxəssis kimi yetişmələrinə mane ola bilər.

Psixoloq Esmira Qafarovanın sözlərinə görə, bəzən valideynlər tələbə ola bilməyən övladlarına qarşı laqeyd münasibət göstərirlər. Bu da, arzuolunan hal deyil.

Valideynlər hər zaman övladlarına dəstək olmalıdırlar. Ali məktəbə daxil olmamaq dünyanın sonu deyil. Övladın psixoloji cəhətdən sağlam olması valideyn üçün prioritet olmalıdır.

Xəbər xətti