Nəvəsi qəzada həlak olan Cığatel danışdı - VİDEO

18:52 - 7 Avqust 2023 - Cəmiyyət

“Süleymanın öldüyündən atasının xəbəri yoxdur”.

Bunu Baku TV-yə açıqlamasında avtomobil qəzasında nəvəsini itirən Cığatel İsaqızı deyib.

O, nəvəsinin ölüm xəbərini almasından danışıb: 

“Xəstəxanadan zəng etdilər. Soruşdum ki, Süleyman necədir? Sualıma cavab vermədilər. Balam yerindəcə keçinibmiş”.

C.İsaqızı xəstəxanada olan oğlunu hələ də ziyarət edə bilmədiyini söyləyib:

“Hələ onun yanına getmirəm. Dedim, bu balamı yola salım, sonra gedərəm. Oğlum sağ-salamat gəlsin, deyərəm, balan mələk oldu”.///oxu.az

Xəbər xətti