Bu küçədə 50 sürətlə maşın sürmək olar? – BNA sürücülərlə məzələnir?

16:47 - 7 Avqust 2023 - Xəbər

Lakin fotoşəkilə görə, yol nişanı yol qaydalarına əsasən sürətin 20 kilometrlə məhdudlaşdırıldığı yaşayış massivində quraşdırılıb. Nəqliyyat üzrə ekspert, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı mövzuya dair AYNA-ya şərhində deyib ki, bu küçədə maksimal sürəti saatda 50 kilometrlə məhdudlaşdıran yol nişanı olmamalıdır.

“Yaşayış məntəqəsində oxşar yol nişanının qoyulması yanlış yanaşmadır. “Yol hərəkəti haqqında” qanuna görə, yaşayış məntəqələrində maksimal sürət həddi saatda 20 kilometrdən çox olmamalıdır. Yaşayış məntəqəsində maksimum sürəti saatda 50 kilometrə qədər məhdudlaşdıran yol nişanının quraşdırılması çox böyük təhlükədir”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar bu fakta dərhal reaksiya verməlidir: “Yol nişanını oradan götürüb başqası ilə əvəz etmək lazımdır. Onsuz da sürücülərimiz artıq bilirlər ki, belə küçələrdə sürəti azaltmaq lazımdır, lakin bu qaydaya əməl etməyə gələndə problemlər yaranır”.

Muradlı qeyd edib ki, hər küçəyə, yaşayış massivinə kamera və radar quraşdırmaq mümkün deyil: “Sürücülərdə daxili mədəniyyət və düşüncə olmalıdır ki, məhz yaşayış massivindəki küçə ilə hərəkət etdiklərini  başa düşsünlər. Uşaqlar küçəyə qaça bilər, yaşlı insanlar orada gəzə bilər, velosipedçilər velosiped sürə bilər. Bu səbəbdən yaşayış məntəqələrində avtomobilin maksimal sürət həddi saatda 20 kilometrlə məhdudlaşdırılıb. Ona görə də təzədən belə bir yol nişanının olması təəssüf doğurur”.

Paradoksal vəziyyət yaranır. 2018-ci ildən BNA yol nişanlarının quraşdırılmasına cavabdeh hesab edilsə də, eyni zamanda bu idarənin əməkdaşları yol hərəkəti qaydalarını bilmirlər. Fotoşəkildən də anlaşılır ki, küçənin darlığı saatda 50 kilometrə qədər sürətlə avtomobil sürməyə imkan vermir, lakin hətta bu hal BNA əməkdaşlarını belə yol nişanı qoymamağa vadar etməyib.

Nəzəri olaraq, yollarda və küçələrdə sürət həddinin azaldılması yol hərəkətinin təhlükəsizliyini artırmalı, qəzaların sayını və ümumi riskini azaltmalı, onlarda insanların ağır xəsarət və ölüm ehtimalını azaltmalı, sosial mühiti inkişaf etdirməli, havanın çirklənməsini və səs-küyü azaltmalı və gəzinti və velosiped sürməyi daha rahat etməlidir. Amma belə bir gözəl ideya bir savadsız addımla korlanır...


Xəbər xətti