Britaniyalı alimlər istifadəçi parollarını oğurlamaq üçün yeni üsul müəyyən ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə BleepingComputer məlumat yayıb.
Mütəxəssislərin fikrincə, cinayətkarlar şəxsi məlumatları oğurlamaq üçün “mürəkkəb” üsula müraciət edə bilərlər. Tədqiqatın müəllifləri sındırılmış cihazın mikrofonundan istifadə edərək parolları oğurlamaq və sonra neyron şəbəkədən istifadə edərək səs yazısını təhlil etmək üsulunu təsvir ediblər.
Alimlər qeyd ediblər ki, hakerlər istifadəçinin klaviaturada simvolları necə yazmasına dair səsləri təhlil edə bilirlər. Sonra xüsusi neyron şəbəkəsindən istifadə edərək təcavüzkarlar qurbanın hansı düymələri basdığını öyrənə bilərlər. Parolların oğurlanmasının bu üsulunun dəqiqliyi 95 faiz təşkil edib.