"AzParkinq" şirkətinin əməkdaşlarına xəsarət yetirilib - Parklanma ilə bağlı PROBLEM

12:07 - 7 Avqust 2023 - Cəmiyyət

"Artıq bu günədn parklanma ilə bağlı nağdsız ödənişlər ləğv olunub. Ödənişlər onlayn qaydada aparılır".

Ucnoqta.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı deyib. Ekspert parklanma ilə bağlı problemlərdən danışıb:

"Ərazidə Qarabağ qazilərinin adından istifadə edən mafiya iş başındadır. Artıq "AzParkinq" şirkətinin əməkdaşlarına xəsarət yetiriblər. Özbaşınalıq davam edir. Onları polis saxlayıb bölməyə aparan kimi vatcap qrupları vasitəsilə bir-birlərinə məlumat verir, hərbi geyimli şəxslər bölmənin qarşısına toplaşıb polisə belə təzyiq göstərirlər".

Ekspert vurğulayıb ki, aylıq 1 milyon manatdan çox məbləğ kimlərinsə cibinə gedir, qazilərin adından isə istifadə edirlər. 

Xəbər xətti