Sumqayıt-Bakı dəmiryol stansiyasında turniketlər işləmir.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu səbəbdən onlarla insan platformaya keçə bilmir.
Dəmiryol əməkdaşının bildirdiyinə görə, turniketlər texniki səbəbdən sərnişinlərin kartlarını oxuya bilmir.
Bu səbəbdən 07:35 qatarına çatmağa çalışan sərnişinlər uzun müddət gözləmək məcburiyyətində qalıblar.