Böyük Britaniya səfiri Ferqus Old Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Ucnoqta.az xəbər verir ki, səfir bununla bağlı tviterdə videopaylaşım edib. Səfir bildirib ki, 2022-ci il Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlər üçün əlamətdar il olub, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.
Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən.
Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm! pic.twitter.com/HN7G4cxZmT — FergusAuldFCDO (@FergusAuldFCDO) December 31, 2022