Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus “Mi-35MS” helikopterini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.
Qeyd olunur ki, Rusiya ordusunun arsenalında olan “Mi-35MS” helikopteri yüksək rütbəli hərbi komandanlığın daşınması üçün nəzərdə tutulub.
Hələlik helikopterin hansı istiqamətdə vurulması və hadisə nəticəsində neçə nəfərin öldüyü barədə məlumat verilmir.
2017-ci ilin yanvar ayına olan məlumata görə, Rusiyada 120-dən çox Mi35-M helikopteri var idi. 2013-cü ildə belə bir helikopterin dəyəri 36 milyon dollara qədər idi.