Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.
Qəza nəticəsində ağır xəsarətlər alan və Qazax Rayon Diaqnostika Mərkəzinə Mirvari adlı qadın göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Diaqnostika Mərkəzində daha bir nəfər yaralı - 1971-ci il təvəllüdlü Mətanət Əliyevanın müalicəsi isə davam etdirilir.
13:09
Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.
Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində “Mersedec-Sprinter” markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.
Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.///apa
12:49
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.///report