Dünən Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub.
O, hadisə yerində ölüb.
Faciəli şəkildə ölən gəncin fotosu sosial şəbəkələrdə paylaşılıb.
O, Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub.///oxu.az