25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər edib.
Ucnoqta.az xəbər verir ki, Türkiyə Prezidenti Azərbaycana həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmi şəxslərlə birlikdə gəlib.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü nəzərdə tutulub.
Liderlərin görüşündə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlərinin, eləcə də regional və qlobal məsələlərin müzakirə olunacağı bildirilir.
