28
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisində ilk sessiyalardan biri başlayıb.
Ucnoqta.az xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan sərbəst yürüş saat 10:00-da start götürüb.
Günün proqramına əsasən, pilotlar daha sonra sıralama turunda mübarizə aparacaqlar.
Azərbaycan mərhələsində 10 komandanın tərkibində 20 pilot iştirak edir. Yarışların keçirildiyi Bakı Şəhər Halqasının uzunluğu 6 kilometrdir.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.
