27
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşə bilər.
Ucnoqta.az xəbər verir ki, Reuters-in məlumatına görə, Netanyahu və Rubionun görüşünün keçirilməsi məsələsi hazırda müzakirə olunur və bununla bağlı qərarın son anda verilməsi mümkündür.
Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşü isə səfərin hazırkı proqramında nəzərdə tutulmayıb. İsrail baş nazirinin ABŞ-da qalma müddətinin də olduqca qısa olacağı bildirilir.
