ABŞ İrana təsir etmək üçün bütün variantları araşdırır və Yaxın Şərqdə əlavə qüvvələr toplayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts CBS News-da bildirib.
ABŞ-ın İrana hücumlarının dayandırılması ilə bağlı suala cavab olaraq Valts qərarın diplomatiyaya yer və bir müddət vermək üçün verildiyini bildirib.
“Yaxın günlərdə nə baş verəcəyini görəcəyik. Amma unutmayın ki, bölgəyə əlavə hərbi qüvvələr daxil olur”, – deyə ABŞ-ın daimi nümayəndəsi bildirib və qeyd edib ki, ABŞ Tehrana təsir etmək üçün bütün variantları nəzərdən keçirməyə davam edir.
ABŞ-ın İrana hücumları bərpa edib-etməyəcəyi ilə bağlı suala Valts prezidenti bu seçimdən məhrum etməyəcəyini bildirib.
“Qərarı vermək ondan asılıdır. Görəcəyik ki, təmaslar nəyə gətirib çıxaracaq”, – deyə Valts qeyd edib və izah edib ki, həm ən yüksək səviyyədə, həm də texniki səviyyədə bütün danışıqlar davam edir.
