37
Mahaçqalada şəxsi evdə dəm qazından zəhərlənmə nəticəsində üç uşaq ölüb.
Ucnoqta.az bildirir ki, bu barədə Dağıstan Prokurorluğu məlumat verib.
İlkin məlumatlara görə, nəzarətsiz qalan üç azyaşlı uşaq evdə qaz klapanını açıb. Nəticədə uşaqlar dəm qazından zəhərlənmə nəticəsində ölüblər.
Faktla bağlı cinayət işi açılıb.
