32
Çin xilasediciləri Cənubi Çin dənizində (SCS) batan Vyetnam gəmisinin 39 heyət üzvünə kömək ediblər.
Ucnota.az bildirir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, daha 23 dənizçi itkin düşüb.
İyulun 24-ü gecəsi KHOI NGUYEN18 gəmisi Cənubi Çin dənizində batıb. Gəmidə 62 heyət üzvü olub. Onlardan bəziləri xilasetmə salları ilə Nanşa (Spratli) adalarının sularına çatıb.
Xilasedicilər itkin düşmüş dənizçilərin axtarışını davam etdirirlər.
