47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəlib.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşılayıb.
Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.
Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.
