Argentinanın kapitanı Lionel Messi 2026-cı il Dünya Kuboku finalında məğlubiyyətdən sonra ilk dəfə azarkeşlərə müraciət edərək turnir boyu göstərdikləri dəstəyə görə onlara təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, Messi İnstaqramda yazıb.
“Ağrı çox böyükdür və bu yaranın sağalması çətin olacaq. Amma mən bütün yaxşı şeyləri də xatırlayacağam… Geridə qoyduğumuz matçlar, bütün ölkənin dəstəyi yaddaşımda əbədi qalacaq və bu, komandanın səyləri ilə birlikdə bizi yenidən dünyanın ən yaxşıları arasında olmağa vadar etdi. Bu gün etdiklərimizi tam qiymətləndirmək çətindir, amma bu komanda ardıcıl iki Dünya Kuboku finalına yüksəldi”, – deyə Leo qeyd edib.
Argentinalı həmçinin turnir boyu göstərdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edib və İspaniyanı qələbə münasibətilə təbrik edib.
