74
Bazar günü axşam Fransanın cənubundakı Var departamentində baş verən meşə yanğını səbəbindən Nitsa və Marsel arasındakı dəmir yolu xidməti dayandırıldı.
Ucnoqta.az bildirir ki, bu barədə “Le Parisien” qəzeti məlumat verib.
Fransa Milli Dəmir Yolları (SNCF) nəşrə bildirib ki, yanğınsöndürənlər bizdən Le Arcs və Carnoulles stansiyaları arasında nəqliyyatın hərəkətini bağlamağı və elektrik enerjisini söndürməyimizi xahiş ediblər.
Nəticədə, Cənub-Şərq marşrutunda, eləcə də Parisdən Nitsa qədər əhəmiyyətli gecikmələr elan edilib. Nitsadan Le Arcs stansiyasından keçməsi planlaşdırılan bütün qatarlar ləğv edilib və Marseldən yola düşən qatarlar Tulondan kənara çıxmayıb. SNCF normal qatar xidmətinin nə vaxt bərpa olunacağını açıqlamayıb.
