Çərşənbə axşamı, İyul 21 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRƏDƏBİYYATPrezident qəbul keçirdi

Prezident qəbul keçirdi

tərəfindən redaktor 28.04.2026 / 14:21
28.04.2026 / 14:21
14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu. Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirildi.

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
“ASAN Xidmət”ə yeni səlahiyyət verilib
Sonrakı yazı
İsrail Livanda 16 şəhərin əhalisini evlərini təcili tərk etmələrini tələb etdi

Digər yazılar

Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

20.07.2026 / 14:38

YTB-dən gənc qələm sahiblərinə çağırış

29.06.2026 / 09:29

Bu qurumda araşdırmalara başlanıldı

26.05.2026 / 10:48

XƏBƏR LENTİ

  • Bakının 15 yolunda tıxac var – FOTO

    21.07.2026 / 18:51
  • Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

    21.07.2026 / 18:41
  • Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

    21.07.2026 / 18:34
  • Səyyar ASAN xidmət Xankəndidə təşkil edilib

    21.07.2026 / 17:33
  • Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər – İlham Əliyev

    21.07.2026 / 16:18
  • Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

    21.07.2026 / 16:08
  • İlham Əliyevlə Fridrix Merts mətbuat konfransı keçirirlər

    21.07.2026 / 15:58
  • Bakıda təcili yardım artıq motosikletlə gələcək

    21.07.2026 / 15:41
  • Jurnalist olmaq istəyənlərin nəzərinə

    21.07.2026 / 15:23
  • Alman sürücüləri ucuz yanacaq üçün Çexiyaya axın edirlər – Bild

    21.07.2026 / 15:14
  • Kəlbəcərdə partlayış oldu – Xəsarət alan var

    21.07.2026 / 15:01
  • “Vital Hospital”da ölü doğulan körpə zirzəmiyə atılıb? – Rəsmi açıqlama

    21.07.2026 / 14:50
  • Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi olub

    21.07.2026 / 14:40
  • Qırğızıstanın ərazisi artıb

    21.07.2026 / 14:30
  • 7 gün əvvəl itkin düşən gəncin meyiti aşkarlandı

    21.07.2026 / 14:26
Geri Növbəti
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ