Bazar ertəsi, Noyabr 2 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTÇimərliyə gedənlərə
CƏMİYYƏT

Çimərliyə gedənlərə

tərəfindən redaktor 12.06.2024 / 16:12
12.06.2024 / 16:12
A+A-
Sıfırla
11

“Çimərliyə günün daha sərin saatlarında gedilməsi məsləhətdir”.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim terapevti Günel Sadıqlı bildirib.

Onun sözlərinə görə, yüksək temperatur bədəndə hüceyrə və toxuma zərərinə səbəb ola bilər:

“Yüksək temperaturda, çox isti havada, xüsusən də dəniz kənarı kimi rütubətli şəraitdə uzun müddət qalmaq, isti havalarda kifayət qədər maye qəbul etməməklə yanaşı, dehidratasiyaya (bədənin susuzlaşmasına), yəni bədənin tərləmə yolu ilə itirdiyi mayeni bərpa edə bilməməsinə şəraiti yaradır”.

G.Sadıqlı bildirib ki, bütün bunlar günvurma əlamətlərini daha da ağırlaşdıra bilər:

“Çimərliyə getmək üçün ən uyğun vaxt səhər erkən saatlar (6:00 -10:00 arası) və axşam saat 17:00–dan sonradır. Bu saatlar arasında günəş daha az intensivdir və günvurma riski də daha aşağıdır. Bundan əlavə, günəş kremi istifadə etmək (minimum SPF 30), baş örtüyü və gözlük taxmaq, bol maye içmək, kölgəli yerlərdə piyada gəzmək və ya dincəlmək, yüngül, nəfəs alan geyimlər geyinmək kimi tədbirlərin görülməsi günvurma və günəşin zərərli təsirlərindən qorunmağa kömək edir”.

O, həmçinin qeyd edib ki, günvurma, istilik vurması və ya istilik çarpması olaraq da bilinən bədənin həddindən artıq istiliyə məruz qalması nəticəsində bədən temperaturunun yüksəlməsi ilə (40 dərəcə və daha yüksək ) meydana gələn ciddi tibbi bir vəziyyətdir. Onun sözlərinə görə, bu, bədənin istiliyi tənzimləmə qabiliyyətinin pozulması ilə xarakterizə olunur və təcili tibbi müdaxilə tələb edir:

“Bu zaman dəri isti və qızarmış ola bilər, tərləmə azalır və ya təmamilə dayanır. Güclü baş ağrısı və baş hərlənməsi, sürətli və dərin nəfəs alma həmçinin sürətli ürək döyüntü, əzələ ağrıları və qıcolmalar, əsəbilik, çaşqınlıq, bəzən huşun itirilməsi, qusma, ürəkbulanma kimi şikayətlər ola bilər. Əlamətləri hiss edən şəxs dərhal tədbir görməlidir. Belə ki, günəşin altında və isti mühitdən kölgəyə, sərin yerə keçmək, elektrolitləri təmin etmək üçün bol miqdarda su içmək lazımdır”.

G.Sadıqlı qeyd edib ki, bu zaman bədən temperaturunu aşağı salmağa çalışılmalıyıq:

“Buna bədəni sərin su ilə isladılmış bezlə silmək və ya buz kompresi tətbiq etmək, daha sonra soyuq su ilə duş almaq aiddir. Geyimi yüngülləşdirmək lazımdır: yüngül, nəfəs alan pambıq materialdan geyimlər məsləhətdir. Əlamətlər ciddi və ağırdırsa, dərhal həkimə müraciət edilməlidir”.

Terapevt vurğulayıb ki, günvurma ciddi bir vəziyyət olduğu üçün əlamətləri hiss edən şəxs və ya ətrafındakı insanlar dərhal tədbir görməli, gecikmələr ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Formula 1 Azərbaycan Qran Prisinə media akkreditasiya başladı
Sonrakı yazı
Sel Laçının Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan vurub

Digər yazılar

Sevgilisini evlilik vədi ilə aldadıb 96 min manatını ələ keçirdi

02.11.2026 / 18:02

Bu şagirdlərə attestat verilməyəcək

02.11.2026 / 12:43

“Cəmiyyət səhv edir, …” – Aqil Abbasdan açıqlama

02.11.2026 / 11:34

Bakıda müəllimlər üçün yeni vakansiyalar açıldı

02.11.2026 / 10:54

İşsiz qalan şəxslərin kredit borcunu sığorta şirkəti ödəyəcək

02.11.2026 / 10:20

Bu şəxslər hərbi çağırışdan azad ediləcək

30.10.2026 / 14:13

Nazir Elşad Məmmədliyə xüsusi rütbə verdi

30.10.2026 / 10:29

Ceyhun Bayramovdan diqqətəlayiq jest – Video

29.10.2026 / 22:46

Məktəbdəki insidentdə iştirak edənlərin hamısı şagirdlər olub – AÇIQLAMA

29.10.2026 / 13:10

XƏBƏR LENTİ

  • Dambrauskasdan “Fənərbağça” açıqlaması

    02.11.2026 / 20:02
  • 3 marşrutun hərəkət sxemi dəyişdiriləcək

    02.11.2026 / 19:47
  • “Rəqəmsal Media Ayı” başlayıb

    02.11.2026 / 18:28
  • “Atam qısqandığına görə anamı öldürüb”

    02.11.2026 / 18:25
  • Sevgilisini evlilik vədi ilə aldadıb 96 min manatını ələ keçirdi

    02.11.2026 / 18:02
  • Beyləqanda ustanı “tok” vurub öldürdü

    02.11.2026 / 17:52
  • Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

    02.11.2026 / 17:37
  • “Övlad sahibi olacağam, amma …”

    02.11.2026 / 17:18
  • Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

    02.11.2026 / 17:02
  • Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi

    02.11.2026 / 16:52
  • Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

    02.11.2026 / 16:46
  • Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb

    02.11.2026 / 16:42
  • Anar Əliyevə yeni müşavir təyin olunub

    02.11.2026 / 16:37
  • “Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

    02.11.2026 / 16:31
  • Ağdaşda 40 yaşlı kişi güllələnib

    02.11.2026 / 16:21
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Sevgilisini evlilik vədi ilə aldadıb 96 min manatını ələ keçirdi

02.11.2026 / 18:02

Bu şagirdlərə attestat verilməyəcək

02.11.2026 / 12:43

“Cəmiyyət səhv edir, …” – Aqil Abbasdan açıqlama

02.11.2026 / 11:34

Bakıda müəllimlər üçün yeni vakansiyalar açıldı

02.11.2026 / 10:54

İşsiz qalan şəxslərin kredit borcunu sığorta şirkəti ödəyəcək

02.11.2026 / 10:20