1
Polis Paris 2024 Olimpiadasının təşkilat komitəsinin qərargahında axtarış aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, axtarış Fransa milli maliyyə prokurorluğu tərəfindən həyata keçirilib.
“Təşkilatçılar onların istintaqını asanlaşdırmaq üçün müstəntiqlərlə tam əməkdaşlıq edirlər”, – mənbə bildirib.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun sonunda başlayacaq.
