2
Vardavank-Kapan yolunda baş verən qəza nəticəsində iki müqaviləli hərbçi həlak olub.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iyunun 12-də saat 18:00 radələrində Vardavank-Kapan yolunun 5-ci kilometrliyində “Ford Transit” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində sürücü yerindəcə keçinib, sərnişin, 36 yaşlı Kapan sakini bədən xəsarətləri ilə “Kapan” Tibb Mərkəzi QSC-yə yerləşdirilib, o da sonradan orada ölüb.
Faciənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
