1
Rusiya yayadək Ukraynada məsələni həll edəcək. Bundan sonra Rusiya silahlı qüvvələri əl-qolunu açıb, Azərbaycanla məşğul olacaq.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti, hərbi ekspert Konstantin Sivkov çıxış edib.
“Biz 1000 kilometrlik cəbhə ilə bağlı məsələni həll edəndən sonra Azərbaycanla məsələni həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Azərbaycan liderləri Türkiyə və ABŞ-ın təklifi ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaradır və Rusiya bunu unutmayacaq”, – deyə Sivkov hədələyib.
Pünhan
