Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidlinin şəhid olmasından bir il ötür.
Ucnoqta.az xəbər verir ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu 2020-ci il noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək, şəhid olub.
Səmidli Babək Mətləb oğlu 1974-cü ildə Göyçayda anadan olub. Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin döyüş yolu birinci Qarabağ müharibəsinə qədər gedib çıxır. O, hələ əsgər ikən Qarabağ savaşının iştirakçısı olub.
Türkiyənin Kara Harp Okulunun 1997-ci il məzunu olan 46 yaşlı şəhidimiz Aprel döyüşlərinin də iştirakçısı olub, böyük qəhrəmanlıq, şücaət göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarıı ilə təltif olunub.
