1
Bu gün Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından bir il ötür.
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
O, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
