"İlin gənc müəllimi- 2021" müsabiqəsinin qalibləri müəyyən edildi.
Ucnoqta.az xəbər verir ki, Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı, (Şuşa, Füzuli, Cəbrayıl və Xocalı istiqamətində gedən döyüşlərin iştirakçısı) Elvin Səlimov Zahid oğlu ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2021” müsabiqəsində birinci yerə layiq görülüb.
Münsiflərin dəyərləndirməsinə əsasən 67, 5, səsvermənin nəticələrinə görə isə 11 bal toplayan müəllim ümumilikdə 78,5 bal nəticə göstərib.
Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Möhsünova Təranə Nəcəf qızı 76,4 balla ikinci yerə layiq görülüb. (Münsiflər: 62,7, səsvermə – 13,7).
Üçüncü yerə isə ümumilikdə 73,4 bal toplayan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin Kimya müəllimi Məmmədov Rəvan Kərim oğlu sahiblənib. (Münsiflər: 62,2; səsvermə:11,2)
Beləliklə, münsiflər tərəfindən gərgin rəqabətli dəyərləndirmə (maksimum 80 bal) və səsvermənin nəticələri (maksimum 20 bal) əsasında nəticələr müəyyən edilib.
Digər 7 yeri isə ardıcıllıqla diqqətinizə çatdırırıq:
4.Əzizova Mələk – Azərbaycan Britaniya Kolleci – 66,1 bal ( Münsiflər:63; Səsvermə: 3,1)
5.İsmayılova Gülnar – Laçın rayon Mişni kənd tam orta məktəbi; 63,8 bal ( Münsiflər:51,8; Səsvermə:-12)
6.Bayramova Gülər– Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəb – 62,2 (Münsiflər: 51,5, səsvermə:10,7)
7.Babayeva Aysel -5 N-li Respublika xüsusi internat məktəbi; 61,8 bal (Münsiflər: 49,5; səsvermə:12,3)
8.Rzazadə Babək – Astara şəhər 1 saylı tam orta məktəb; 61,3 bal (Münsiflər:57,2; səsvermə:4,1)
9.Rüstəmli Nemət – Ağdam rayon 91 nömrəli tam orta məktəb;60,4 bal (Münsiflər: 51,3; səsvermə:9,1)
10.Alızadə Aysel – Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb; 59,4 bal; (Münsiflər: 47,2; səsvermə:12,2)
