58
İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı hava hücumundan müdafiə sistemlərinin krallığa yönəlmiş dörd İran raketindən üçünü vurduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Petra xəbər agentliyinin dərc etdiyi açıqlamaya görə, İordaniya hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan üç ballistik raketi ələ keçirərək məhv edib.
Dördüncü raket ölkənin cənubundakı, yaşayış məntəqələrindən uzaq bir əraziyə düşüb.
Hərbçilərin məlumatına görə, hadisə nəticəsində ölən və ya maddi ziyan olmayıb.
