Bakının bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradır.
Ucnoqta.az xəbər verir ki, sürücü Rüfət Musayev şəhərin Əhməd Rəcəbli küçəsində oxşar halla üzləşib.
O, avtomobilini qaydalara uyğun park etməsinə baxmayaraq, 20 manat məbləğində cərimə olunduğunu bildirib. Vətəndaş üzləşdiyi vəziyyətdən şikayət edərək məsələyə aydınlıq gətirilməsini tələb edib.
Rüfət Musayevin iddiasına görə, hətta “Azparking” əməkdaşları da onun haqlı olduğunu deyiblər, amma cərimələyirlər.
AYNA belə hallarda avtomobili hansı qaydada saxlamaq lazım olduğu ilə bağlı bildirib ki, parklanma yerləri təşkil edilərkən nişanlanma xətləri ilə yanaşı, parklanmanı tənzimləyən müvafiq yol nişanları da quraşdırılır: “Əsas istiqamətverici isə 7.6.1 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” əlavə məlumat nişanıdır. Sürücülər belə hallarda avtomobili həmin nişanın tələbinə uyğun park etməli, tərəddüd yaranarsa, ərazidə xidmət göstərən bələdçidən məlumat almalıdırlar”.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.