“Azərsilah”-ın poliqonunda yanğın olub

Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

Related posts

ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərib

Messi və Yamal unikal yaş rekordu qırdılar

Xoşqədəm Hidayətqızının oğlu birinci oldu