Niyama saxta ev hədiyyə etdilər

Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib.

Ucnoqta.az axşam.az-a istinadən bildirir ki,  sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:

“Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonra ortaya çıxdı ki, hər şey saxta imiş. Həmin şəxs restoran müdiri idi. Ad günümdə böyük səs-küylə, təmtəraqla guya mənə ev hədiyyə etdi. Amma sonradan məlum oldu ki, sənədlər saxtadır”.

Related posts

Stress və depressiyanın öhdəsindən gəlmək üçün sadə yol

Qalmaqallı reklamdakı aktrisa DANIŞDI

Azərbaycanlı model 20 yaşında vəfat etdi