Qalmaqallı reklamdakı aktrisa DANIŞDI

Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qız obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib.

Ucnoqta.az axşam.az-a istinadən bildirir ki, aktrisa tənqidlərə belə cavab verib:

“İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara isə demək istəyirəm ki, bu, sadəcə canlandırdığım bir obrazdır. Əgər hər hansı kompleksim olsaydı, bu reklama çəkilməzdim. Rahat olun”.

Xatırladaq ki, Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatlarına münasibəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Related posts

Stress və depressiyanın öhdəsindən gəlmək üçün sadə yol

Azərbaycanlı model 20 yaşında vəfat etdi

“Nəyə görə üzr istəyim?”- İlkin Misgərli autizmli uşaqla görüşəcək