Səudiyyə Ərəbistanı husiləri hədələydi

Üsyançılar krallığa hücum etməyə cəhd edərsə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən Ənsar Allah hərəkatının husilərinin mövqelərinə zərbə endirəcək.

Ucnoqta.az xəbər evrir ki, bu barədə koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib.

Koalisiya sözçüsü husilərin Ər-Riyada qarşı son təhdidlərini diqqəti Yəmən xalqına qarşı ciddi cinayətlərdən yayındırmaq cəhdi adlandırıb.

Əl-Malikinin sözlərinə görə, üsyançılar iqtisadi problemlərə görə məsuliyyəti başqasına yönəltməyə və Yəmən daxilində artan narazılığı gizlətməyə çalışırlar.

O, “Ənsar Allah” sülh təşəbbüslərini rədd etdiyini və Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçilik yollarına hücum etməyə davam etdiyini vurğulayıb.

General-mayor qeyd edib ki, buna görə də husilər Yəmənin həyati əhəmiyyətli infrastrukturunu, o cümlədən Hodeyda, Əs-Səlif və Ras İsa limanlarını, Səna beynəlxalq hava limanını, eləcə də elektrik stansiyalarını və sənaye obyektlərini tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoyurlar.

Related posts

Küveytə İranın hücumu nəticəsində bir neçə nəfər yaralanıb

Bəhreyndə yenidən hava həyəcanı verilib

İran Küveytdəki ABŞ yanacaq terminalına zərbə endirib