Müayinəyə gələn qadın xəstəxanada öldü

Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib.

Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb.

Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.

Related posts

Qadın balta ilə küçədə dəhşət saçdı: 10 avtomobilə hücum etdi – VİDEO

İngilis və argentinalı azarkeşlər arasında dava düşdü

62 mərtəbəli binanın lifti qırıldı – xəsarət alan var