Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

21:30 - 29 İyun 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 115 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 374 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 198 613 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 214 nəfər olmaqla 171 809 nəfər təşkil edir.

Xəbər xətti