İran Trampı axtarışa verib

İranlı general Qasım Süleymaninin ölümündə təqsirləndirilən 36 nəfər, o cümlədən ABŞ Prezidenti Donald Tramp barəsində “İnterpol” xətti ilə axtarış elan edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi bildirib.
Onun sözlərinə görə, 36 nəfər barəsində Q. Süleymaninin ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilib.

Tehran şəhər prokuroru qeyd edib ki, siyahıda ABŞ Prezidentinin adı birinci gəlir və D. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da axtarış davam etdiriləcək.
Xatırladaq ki, yanvar ayında Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Tarix
29 İyun 2020 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-29 16:22:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin